Bakı. Trend:
Avstraliyanın şimal-şərqində baş vermiş genişmiqyaslı daşqınlarnəticəsində bir nəfər ölüb.
Trend xəbər verirki, Kvinslend ştatının səlahiyyətliləri, bazar günü Taunsvildəntəxminən 100 kilometr şimalda yerləşən İnghamda yerli sakinlərəyardım edərkən Dövlət Fövqəladə Hallar Xidmətinin qayığınınçevrilməsi nəticəsində bir nəfərin həyatını itirdiyinibildiriblər.
Səlahiyyətlilər, qayığın çevrildiyi zaman içərisində 6 nəfərolduğunu və onlardan beş nəfərin həyatını xilas etmək mümkünolduğunu qeyd ediblər.
Həmçinin, səlahiyyətlilər Taunsvil şəhərinin bəzi ərazilərindənsakinlərin təxliyəsini tövsiyə ediblər. Şəhərdə təxminən 200 minnəfər yaşayır.