"Qarabağ Əlilləri və Veteranları" İB-nin təşkilatçılığı ilə “Müharibə veteranları və əlilliyi olan şəxslərin Sosial problemlərinin həlli” mövzusunda Dəyirmi masa keçirilib.
Tədbirdə, “Vətəndaşların Rifaqı Naminə“ İB- nin sədri İradə Rizazadə, Müstəqil Həmkar birliyinin sədr müavini Əhməd Rəhmanov , “Əlillliyi Olan Şəxslərə Sosial Dəstək“ İB – nin sədri Taranə Musayeva, müstəqil ekspert, hüquqşunas Sədrəddin İskəndərov, "İnterfax " jurnalının baş redaktoru Arif Hüseyn, iqtisadçı Samir Ağayev, ehtiyatda olan Qarabağ müharibə veteranları - Nihat Abdullayev, Ərəstun Bagırov, Vüqar Hümbətov, Adil Süleymanov, Rasim Mehdiyev iştirak ediblər.
Müzakirələrdə "İnterfax" jurnalının baş redaktoru Arif Hüseyn və Qarabağ müharibə veteranları son bir necə ildə Qarabağ əlil və veteranlarının üzləşdiyi bir neçə problem və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Müvafiq dövlət qurumlarına tövsiyələr planı hazırlanması və mövcud olan siyahiya müharibə iştirakçılarının kompleks reabilitasiya, stomatoloji, iş yerləri ilə təmin kimi məsələlərin qeyd olunması təklif olunmuşdur.
Tədbir iştirakçıları öz çıxışlarında dünya praktikasında olduğu kimi mənzil şəraiti, müharibən sonra işsiz qalan hərbi mütəxəsislərin dövlət qulluğuna cəlb olunması, əlilliyi olan şəsxlərlərin məşqulluğu ilə bağlı kvotanın yerinə yetirməyən müəsislərə qarşı cəza tədbirlərinin və eləcədə kvotanı yerinə yetirənlərə isə əksina imtiyazların verilməsi təkliflər yer almışdır.