
"Qaragilənin tərkibindəki antioksidantlar orqanizmin qocalma prosesinin öhdəsindən gəlməyə kömək edir, onu ləngidir.

E-saglam.az xəbər verir ki, bunu Rusiyalı dietoloq Qalina Volkova deyib.
Həkimin sözlərinə görə, qaragilə yemək həm də bir çox xroniki xəstəliklərin riskini azaldır və ürək-damar sistemi, həzm sistemi və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Volkova deyib ki, qaragilə beyin funksiyasını və tor qişanın vəziyyətini yaxşılaşdırır.