AZ

Azərbaycan və Qazaxıstan baş konsullar San-Fransiskoda görüşdülər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

 

“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.

Seçilən
18
5
modern.az

10Mənbələr