Çin ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflərə qarşıdır və əks tədbirlər görəcək.
Azreform.info xəbər verir ki , bu barədə Çinin ABŞ-dakı səfirliyi məlumat yayıb .
“ABŞ fentanil problemi bəhanəsi ilə Çin idxalına əlavə 10 faiz rüsum tətbiq edib. Çin bu addımı qətiyyətlə pisləyir və ona qarşı çıxır və qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi cavab tədbirləri görəcək”, - diplomatik nümayəndə bildirib.
O əlavə edib ki, birtərəfli tarif artımları ÜTT qaydalarını kobud şəkildə pozur və ABŞ-a daxili problemlərini həll etməyə kömək etməyəcək.(Publika.az)