Niderland Erediviziyasının 21-ci turunda “Herenven”- “Fortuna” matçında qeyri-adi hadisə baş verib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.
Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan “Fortuna” meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib – 2:2.
Bu epizod “Herenven”in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.