Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.
Bu barədə Pakistanın “Dawn” qəzeti yazıb.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq:
“Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.
Nəşr qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.
Xatırladaq ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xan ilə görüşmüşdü.