AZ

İlk dəfə həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqasında əsas mərhələnin 8-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu ada namizədlərin siyahısına Usman Dembele (PSJ), Antuan Qrizmann (Atletiko), Morqan Rocers (Aston Villa) və Lautaro Martines (İnter) düşmüşdü. Dembele “Ştutqart” (4:1), Rocers “Seltik” (4:2), Martines “Monako” (3:0) ilə matçda het-trik etmiş, Qrizmann isə “Zaltsburq”un (4:1) qapısına 2 qol vurmuşdu.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olub. Rocers karyerasında ilk dəfə Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Seçilən
31
1
football-plus.az

2Mənbələr