AZ

İŞİD-ə növbəti zərbə

ABŞ prezidenti Donald Tramp şənbə günü Somalidə hava zərbələri endirilməsi nəticəsində xeyli sayda İŞİD üzvünün öldürüldüyünü açıqlayıb.

Tramp sosial media hesablarından verdiyi açıqlamada hava hücumlarının hücumun zamanı terror təşkilatının liderinin, həmçinin Somalidə digər terrorçuların hədəf alındığını bildirib. Tramp mülki şəxslərə zərər vermədən terrorçuların məskunlaşdığı mağaraların məhv edildiyini və bir çox terrorçunun zərərsizləşdirildiyini bildirib: “Bu qatillər ABŞ və müttəfiqlərini hədələyir”.

ABŞ prezidenti bəyanatını, “Ordumuz illərdir hücumu planlaşdıran bu İŞİD liderini təqib edirdi. Lakin Bayden və həmkarları işi görmək üçün kifayət qədər tez hərəkət edə bilmədilər. Biz isə İŞİD-ə və amerikalılara hücum edə biləcək hər kəsə mesaj göndərdik: “Səni tapıb öldürəcəyik!”

ABŞ müdafiə naziri Pit Heqset hava hücumlarının Somalidəki Qolis dağlarında gizlənən İŞİD üzvlərini hədəf aldığını bildirib. İlkin qiymətləndirmələrə görə xeyli terrorçunun öldürüldüyünü bildirən nazir, əməliyyatda mülki vətəndaşların xəsarət almadığını qeyd edib.

Heqset bildirib ki, hücumlar İŞİD-in ABŞ-ı, onun tərəfdaşlarını və günahsız mülki insanları təhdid edən “terror aktlarını planlaşdırmaq və həyata keçirmək” imkanlarını azaldıb.

Somali prezidenti Həsən Şeyx Məhəmməd ölkənin şimalında İŞİD-in yüksək səviyyəli liderlərinin hədəfə alınmasından sonra ABŞ administrasiyasının beynəlxalq terrorizmlə mübarizə əzminindən məmnunluğunu ifadə edib. “ABŞ-ın İŞİD-in yüksək rütbəli liderlərini vurması iki ölkə arasında təhlükəsizlik tərəfdaşlığını gücləndirir”, - Somali Prezident Aparatının bəyanatında deyilir.

ABŞ illərdir Somaliyə tez-tez hava zərbələri endirir.

Seçilən
36
vaxt.az

1Mənbələr