AZ

Meyxanaçı gəlin namizədi olmadan özünə toy edib - VİDEO

Mərhum meyxanaçı Məşədibabanın oğlu Mircəlal maraqlı addım atıb.

 

Bu barədə o, “Rəngarəng” verilişində danışıb.

 

Gənc meyxanaçı deyib ki, həyatında kimsə olmasa da, özünə toy edib:

 

“Mən ailə qurmamışam, 22 yaşım var. Biz bakılılarda belə bir adət var ki, kişi toyunu əvvəlcədən edib, sonra kimisə tapıb gətirə bilərsən. Mən pul yığmaq üçün etməmişdim. Ağbirçəklər, ağsaqqallar var idi, xəstəydilər, can üstündəydilər. Arzuları idi, mənim toyumu görsünlər. Onlara xatir etdim. Yaxşı ki, etmişəm, bir neçəsi dünyasını dəyişdi”.  (olay)

Tarix: 2 Fevral 2025, 15:28   
Seçilən
15
9
pravda.az

10Mənbələr