AZ

NATO-nun baş katibi Avropanı müharibəyə hazırlaşmağa çağırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib.
Rutte Berlini hərbi sənaye və müdafiə sahələrində "daha ​​çox xərcləməyə və daha çox istehsal etməyə" səsləyib. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda bir çox Avropa ölkələrində müzakirə mövzusu olacaq.
"Mən sizə çox açıq deyirəm: Biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - baş katib bildirib.
Seçilən
114
1
oxu.az

10Mənbələr