AZ

Moskvada hotellərdən birində kütləvi zəhərlənmə

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Cənub-Şərq İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Lyublinski rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açıb", - məlumatda bildirilib.

 

İlkin ehtimala görə, fevralın 1-də Moskvanın 2-ci Kvartal Kapotnya küçəsindəki hoteldə uşaqlar qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət ediblər.

 

Altı azyaşlı paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.

 

Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.

Seçilən
14
15
modern.az

10Mənbələr