AZ

Zaharova ABŞ-a özlərinə kömək etmək üçün Agentlik yaratmağı tövsiyə edib

Zaharova

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın USAID (Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi) saytının fəaliyyətinin dayandırılmasına münasibət bildirib. ABŞ Prezidenti Donald Trump bu agentliyin fəaliyyətini dayandırmışdı. “Ulusum”.az xəbər verir ki, Zaxarova öz Telegram kanalında agentliyi "özlərinə kömək etmək üçün Agentlik" olaraq yenidən qurmağı təklif edib.O, ironiya ilə qeyd edib ki, "suveren dövlətlərin daxili işlərinə müdaxilə edən ABŞ agentliyi pozulub"."Əgər təmir edəcəklərsə, dərhal onu özlərinə kömək etmək üçün Agentliyə çevirsinlər. Onun funksiyasına ABŞ-ın yanğın təhlükəsizliyi sisteminin yenilənməsi, təbii cinsiyyətin bərpasına dəstək, əvvəlki ABŞ administrasiyalarının korrupsiya sxemlərinin araşdırılması daxil ola bilər", - deyə Zaxarova yazıb.Səidə

Diqqət Çəkənlər

ABŞ-da yeni genipavirus aşkarlanıb

Lüksemburqda azərbaycanlı auditorun meyiti tapılıb

Sağlamlıq üçün əvəzedilməz nemət

Seçilən
13
ulusum.az

1Mənbələr