1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər - Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.