“İlk növbədə bizi səfər oyununda tək buraxmayan, dəstək verən azarkeşlərimizə təşəkkür edirəm”.
Apasport.az xəbər verir ki, bu sözləri "Gəncə"nin baş məşqçisi Halil Atlı deyib.
O, “Ordu” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Azarkeşlərə Bakıda qələbəni ərmağan etmək istədik. Amma olmadı. Heyətdə itkimiz vardı. Rotasiya etmək imkanımız geniş deyildi. Oyun planımızı da buna uyğun qurmuşduq. Meydanda yaxşı işlər gördük. Sona kimi də mücadilə etdik. Amma bəsit bir-iki səhvdən sonra əsas vaxtda üstünlüyü verdik. Matçda əlavə hissə oynanıldı. Orada da sıradan səhvlərdən görüşü az fərqlə uduzduq. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Azarkeşlərimizə yaxşı oyunlar göstərmək, onları sevindirmək istəyirik".
Qeyd edək ki, bu gün Azərbaycan Basketbol Liqasının XIII turunda "Gəncə" səfər matçında "Ordu"ya 93:90 hesabı ilə uduzub.
Murat Dikmen: “Bu qələbə bizim üçün çox vacib idi”
Erhan Toker: “Bərabər oyun sərgilədik”
Liderdən gözlənilməz məğlubiyyət
Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi
NTD-nin basketbolçusu: "Qələbəyə acıq"