AZ

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə üçüncü olublar

Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar.

“WTT Youth Star Contender Doha 2025” turnirində U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında üçüncü yerə sahib çıxıblar.

Qeyd edək ki, yarışa fevralın 2-də yekun vurulacaq.

Seçilən
76
3
cbcsport.az

4Mənbələr