AZ

Ronaldonun komandasına qoşula bilmədi

Darvin Nunyesin
Ronaldonun
“Liverpul”u yanvarda tərk etmək şansı olub. Lakin hazırkı klubunda qalıb.

“Liverpul” rəhbərliyi uruqvaylı futbolçusunu qış “transfer pəncərəsi” dövründə satmaq niyyətində deyil. “The Sun” qəzetinin məlumatına görə, “Əl-Nəssr” 25 yaşlı hücumçu üçün 84 milyon avro təklif edib. Lakin “Liverpul” təklifə rədd cavabı verib.

İngiltərə klubu uruqvaylı futbolçunun heç bir məbləğə satılmayacağını bildirib. Nunyesin isə Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr”a mümkün transferin detallarını müzakirə etməkdə maraqlı olduğu vurğulanır.

Darvin cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib , 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Seçilən
12
football-plus.az

1Mənbələr