AZ

Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-İhbariyyə" telekanalı məlumat yayıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilən Əhməd əş-Şara Suriyanın keçid dövrü prezidenti seçildikdən sonra ilk xarici səfərini edib.

Onun ilk səfəri ilə bağlı fotoları təqdim edirik:
Seçilən
36
2
sherg.az

6Mənbələr