AZ

Harri Keyn Bundesliqada ilkə imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 31 yaşlı hücumçu buna XX turda “Holştayn”a qalib gəldikləri (4:3) matçda nail olub.

Bundesliqadakı 50-ci matçını keçirən ingiltərəli forvard qollarının sayını 55-ə çatdırmaqla ilkə imza atıb.

Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanna məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.

Seçilən
5
8
report.az

9Mənbələr