ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək niyyəti alyansın sonunu gətirməyəcək.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "Bild"ə müsahibəsində bildirib.
"Xeyr", - deyə Rutte Trampın Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiq edəcəyi təqdirdə NATO-nun mümkün sonu barədə suala cavabında qeyd edib.
Eyni zamanda, baş katib qeyd edib ki, Tramp Arktikada təhlükəsizliklə bağlı narahatlıqlarında haqlıdır.