Belarus MSK seçkilərin nəticələrinə fevralın 3-də yekun vurmaq niyyətindədir.
Parol.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko ONT telekanalında məlumat verib.
MSK rəhbəri qeyd edib ki, qanunvericilik bizə nəticələri yekunlaşdırmaq üçün 10 gün vaxt verir:
"Ərazi komissiyalarından bütün ilkin sənədləri almaq üçün bizə bu vaxt lazımdır. Biz hər şeyi yoxlamalıyıq və yekun nəticələr üçün iclas keçirməliyik. Mən ilkin olaraq bildirə bilərəm ki, biz yekun iclası fevralın 3-də keçirməyi gözləyirik”.