Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyaya səfər edib.
Parol.az xəbər verir ki, Kalın və onun rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd Şara (Culani), xarici işlər naziri Əsad Həsən əş-Şeybani və Suriya kəşfiyyatının rəhbəri Ənes Xattap ilə görüşüb.
Qeyd edək ki, bu səfər Əsəd rejiminin çökməsindən sonra formalaşan yeni administrasiyaya Türkiyədən üçüncü səfərdir.