Müğənni Şöhrət Məmmədovun sükan arxasında törətdiyi qayda pozuntusuna dair yaydığımız videogörüntü Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb.
Mia.az-ın məlumatına görə, idarənin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı əllərini sükandan çəkdiyi üçün yol polisi əməkdaşları tərəfindən cərimələnib.