Məşhur Qran-Pri yarış avtomobillərindən olan “Mercedes-Benz W 196 R” modeli Ştutqartda təşkil olunan hərracda 51 milyon avroya satılıb.
Moderator.az Lent.az - a istinadla xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Məlumata görə, bu, indiyədək hərracda satılan ən bahalı Qran-Pri yarış avtomobili kimi tarixə düşüb.
Avtomobil ilk dəfə 1965-ci ildə istehsalçı tərəfindən “Indianapolis Motor Speedway” muzeyinə bağışlanıb.