Azərbaycanın İrandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabındapaylaşılan məlumatda deyilir ki, Hikmət Hacıyev və Kamal Xərrazi iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”.
Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev İran İslam Respublikası Prezidentinin siyasi müşaviriDr. Mehdi Sanaivə xarici işlər naziri cənabAbbas Araqçı ilə görüşüb. Danışıqlarda Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta