AZ

İşlərimiz düz getmir... - Qurban Qurbanov

“Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir.

Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olmasından sonra keçirilən mətbuat konfransında deyib.

"Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq" - o qeyd edib.

Seçilən
21
8
modern.az

3Mənbələr