Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) daha onlarla əməkdaşını həftə sonu inzibati məzuniyyətə çıxarıb...
Poliqon bu barədə "Reuters" Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, son bir həftə ərzində məzuniyyətə buraxılmış USAID-in yüksək səviyyəli peşəkar əməkdaşlarının ümumi sayı 100-ə yaxınlaşıb.
Agentliyin təhlükəsizlik əməliyyatlarına nəzarət edən iki yüksək vəzifəli məmurunun da məxfi sənədləri İlon Maskın Hökumətin Effektivliyi Departamentinin (DOGE) əməkdaşlarına verməkdən imtina etdikdən sonra inzibati məzuniyyətə göndərildiyi deyilir.
Vəziyyətlə tanış olan beş mənbə Trampın aparat rəhbəri təyin edilən Mett Hopson istefa verdiyini bildirib. Konqresdəki mənbə bildirib ki, onun istefası təhlükəsizlik işçilərinin işdən çıxarılmasından sonra baş verib.
Poliqon.info