AZ

Rusiya 700 min insanı ölkədən çıxaracaq?

Hazırda Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayan 670 min insan var.

Axar.az xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” radiostansiyasının efirində Rusiya daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy deyib.

O bildirib ki, qeyri-qanuni yaşayan miqrantların 2025-ci il aprelin 30-dək hüquqi statusları ilə bağlı məsələni həll etmək üçün müvafiq idarə və daxili işlər orqanlarına müraciət edə bilərlər.

Qorovoy əlavə edib ki, 670 min nəfərin yarıdan çoxu qadın və uşaqdır:

“Əgər müraciət etməsələr və yaxud hüquqi status almasalar, onlar ölkəni tərk etməyə məcburdurlar”.

Seçilən
25
5
axar.az

6Mənbələr