Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə mümkün sülh danışıqları ilə bağlı maraqlı məqamlara toxunub.
Parol.az xəbər verir ki, o, bu barədə "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində danışıb.
Kreml rəhbəri qeyd edib ki, Zelenski Rusiya ilə danışıqlarda iştirak edə bilər, lakin qeyri-legitim olduğu üçün heç bir sənəd imzalaya bilməz.
Putin əlavə edib ki, Qərbin Kiyevə dəstəyi olmadan Ukrayna münaqişəsi tez bitə bilər: "Sponsor pulu və patronlar tükənərsə, xüsusi hərbi əməliyyat bir ay yarıma, iki aya bitə bilər. Bu mənada Ukraynanın suverenliyi “demək olar ki, sıfıra bərabərdir. Qərbin sülhə nail olmaq istəyi varsa, Zelenskinin qadağasını aradan qaldırmağın yolları tapılacaq".