AZ

Poroşenko: Trampla ünsiyyətin olmaması narahat vericidir

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Kiyevlə ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası arasında effektiv kommunikasiya kanalının olmamasından narahatlığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

"Trampın inauqurasiyasından iki həftə keçdi və Ukrayna hələ də mövqeyimizi çatdırmaq üçün effektiv kanal yarada bilməyib", Poroşenko deyib.

Onun fikrincə, hərbi əməliyyatlara son qoymaq üçün Rusiya, ABŞ, Ukrayna və Aİ-nin iştirakı ilə danışıqlar aparmaq lazımdır.

Eks-prezident həmçinin fevralda çatdırılması planlaşdırılan Fransanın “Mirage” qırıcıları üçün ukraynalı pilotların hazırlığının başa çatdığını açıqlayıb.

“Parisdə müdafiə məsələləri, o cümlədən silah təchizatının artırılması prioritet idi. Növbəti mərhələ Berlin, sonra Vaşinqtondur”, deyə o əlavə edib.

Poliqon.info

Seçilən
17
1
poliqon.info

2Mənbələr