AZ

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 3 medal qazanıb

1-2 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun verilib.

Apasport.az xəbər verir ki, turnirdə cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.

Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.

İlk yarış günü (66 kq) çəkidə Ruslan Paşayev qızıl, (73 kq) çəkidə Rəşid Məmmədəliyev bürünc medal əldə edib.

İkinci yarış günündə (81 kq) çəkidə Ömər Rəcəbli bürünc medal qazanıb. Üçüncü yer uğrunda rəqibi yaponiyalı Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Ömərə verilib.

“Böyük Dəbilqə”nin ilk günündə cüdoçularımızdan 2 medal

Azərbaycan Fransadakı "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunacaq

Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu

Daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib

Cüdoçularımız Belçikada 4 medal qazanıblar

Seçilən
36
6
apasport.az

7Mənbələr