Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən “23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.
"Report"un "The New Times" qəzetinə istinadən məlumatına görə, bunu M23-ün nümayəndəsi Lourens Kanyuka deyib.
“Biz münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”, - qəzet onun açıqlamasından sitat gətirib.
Kanyuka qeyd edib ki, üsyançılar 30 ildən artıq davam edən münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər.