AZ

Aİ-nin 27 ölkəsinin liderləri Brüsseldə bir araya gələcək

Aİ-nin 27 ölkəsinin liderləri Brüsseldə qeyri-rəsmi sammitdə bir araya gələrək, Ukraynadakı münaqişə, hibrid və kiber təhdidlər, Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq cəmiyyətin müdafiə gücünün gücləndirilməsi və xərclərin artırılmasını müzakirə edəcəklər.

APA xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi məlumat verib.

Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər.

Aİ-nin qeyri-rəsmi sammitinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəvət olunub.
Seçilən
11
2
sherg.az

9Mənbələr