AZ

La Liqa: “Barselona”ya “Alaves”lə matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Betis” – “Atletik” matçında qalib müəyyənləşməyib.

“Valensiya” doğma meydanda “Selta”ya, “Osasuna” isə “Real Sosyedad”a oxşar hesabla (2:1) qalib gəlib.

“Barselona” da “Alaves”lə ev oyununda tək qol vurmaqla vacib 3 xal qazanıb.

22-ci tura fevralın 3-də keçiriləcək “Jirona” – “Las Palmas” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
22-ci tur
31 yanvar

Leqanes – Rayo Valyekano 0:1
Qol: Siss, 78.

1 fevral

Xetafe – Sevilya 0:0

Vilyarreal – Valyadolid 5:1
Qollar: A.Peres, 42. Qeye, 64. Komesana, 70. Barri, 86. D.Suares, 90+1 – Amallah, 90+4.

Atletiko – Malyorka 2:0
Qollar: Lino, 26. Qrizmann, 90+3.

Espanyol – Real 1:0
Qol: K.Romero, 85.

2 fevral

Barselona – Alaves 1:0
Qol: Levandovski, 61.

Valensiya – Selta 2:1
Qollar: Rioxa, 44. Querra, 68 – Duran, 65.

Osasuna – Real Sosyedad 2:1
Qollar: Budimir, 34; 74 – Oskarsson, 90+4.

Betis – Atletik 2:2
Qollar: İsko, 15. Perro, 45+2 – A.Paredes, 33.

3 fevral

00:00. Jirona – Las Palmas

Seçilən
46
1
arena.az

2Mənbələr