İsrailin Baş naziri Benyamin Netanyahu fələstinli məhbusların azad edilməsi prosesini dayandırıb.
Parol.az xəbər verir ki, səbəb kimi atəşkəs razılaşmasının növbəti mərhələlərində Qəzza zolağında girovların Qırmızı Xaç Komitəsinə təhlükəsiz təhvil verilməsinə zəmanət verilməsinin istənildiyi göstərilib.
Bununla bağlı İsrail Baş nazirinin ofisi bəyanat yayıb:
“Baş nazir Benyamin Netanyahu bu gün günortadan sonra müdafiə naziri İsrael Katz ilə birlikdə azad edilməsi planlaşdırılan terrorçuların buraxılmasının növbəti mərhələlərdə girovlarımızın təhlükəsiz çıxışı təmin olunana qədər təxirə salınması barədə göstəriş verib”.
İsrail tələb edir ki, vasitəçilər bu məsələyə baxsınlar.