"Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir".
Parol.az xəbər verir ki, bunu AŞPA-nın prezidenti Teodoros Russopoulos jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləndiyini, bu səbəbdən də assambleyada iştirakın seçim deyil, öhdəlik olduğunu vurğulayıb.
O qeyd edib ki, Parlament Assambleyası qismən razılaşma deyil, bu, iştirakı seçim deyil öhdəlik olan nizamnamə orqanıdır: №Etimadnamələr qəbul edildiyindən onlar assambleyada olmalıdırlar. Bu onların öhdəliyidir”.