AZ

Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə ÖLDÜ

Gürcüstanın Bolnisi şəhərində yerləşən hoteldə Azərbaycan vətəndaşı dünyasını dəyişib.

XəzərNews.az Gürcüstan mediasına iatinadla xəbər verir ki, şəxsin vəziyyəti gecə saatlarında pisləşib.

Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil və rəsmi açıqlama gözlənilir. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Şəxsin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstan polisi Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib.

Bildirlir ki, mərhumun bir azyaşlı övladı var.

Xəbər 3 dəfə oxunub.
Seçilən
0
6
xezernews.az

7Mənbələr