AZ

Ötən il nəqliyyat sektorunun bir sıra istiqaməti üzrə rekord göstəricilərə nail olunub - Anar Rzayev (MÜSAHİBƏ)

Bakı. Trend:

Paytaxtın nəqliyyat sektorunda aparılan sürətli islahatlardiqqət mərkəzində qalmaqdadır. Mətbuat bu islahatlardan yazır,nəqliyyat infrastrukturundan istifadə edən vətəndaşlar - sürücülər,sərnişinlər, mikromobillik vasitələrinin istifadəçiləri vəpiyadalar dəyişiklikləri, demək olar, hər gün müzakirə edirlər. Busektorun müxtəlif istiqamətləri arasında avtobuslara, taksilərə vəmikromobilliyə xüsusi diqqət ayrılır, çünki, son ayların inqilabidəyişiklikləri məhz həmin sahələrlə bağlıdır.

2024-cü ildə əldə olunan uğurlar və islahatların Bakınınnəqliyyat sektorunun simasını necə dəyişdiyi barədə AzərbaycanYerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri AnarRzayev Trend-əmüsahibə verib.

- Gəlin ondan başlayaq ki, istənilənislahatlar, layihələr, qərarlar nəhəng işin, uzunmüddətlimüzakirələrin və təhlillərin nəticəsidir. Hazırda müzakirə olunanməsələlər əsası təxminən iyirmi il bundan əvvəl qoyulmuşuzunmüddətli inkişaf strategiyası və dövlət başçısının ölkəhəyatının bütün sahələrini əhatə edən bu genişmiqyaslı islahatlarınbaşlanğıcında qarşıya qoyduğu vəzifələrin ardıcıl həyatakeçirilməsi ilə bağlıdır. Məhz o zaman respublikanın, o cümlədənpaytaxtın nəqliyyat sisteminin köklü yenilənməsi ilə bağlı qərarlarqəbul edilmişdir, çünki bunlar ölkənin əlverişli coğrafimövqeyindən və tranzit imkanlarından səmərəli istifadə etməkləeffektiv mərkəzə çevrilməsi perspektivinə yönəlmiş addımlar idi. Bugün biz bu uzaqgörən siyasətin bəhrəsini görürük - Azərbaycanregionları və qitələri birləşdirən çoxsaylı qlobal miqyaslınəqliyyat layihələrinin əsas seqmentinə çevrilib. Bu illər ərzindəhəyata keçirilən işlər çərçivəsində Bakı şəhərinin yol-nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib,çünki sürətli sosial-iqtisadi inkişaf, artan işgüzar fəallıq,müəssisələrin və iş yerlərinin yaradılması həm də paytaxtaqlomerasiyasında kütləvi hərəkətliliyi nəzərdə tutur.

Təbii ki, həyat yerində dayanmır. Bu illər ərzində şəhərinnəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün həyatakeçirilmiş layihələr o dövrün aktual məsələlərinin həllinə, ocümlədən yeni yolların və qovşaqların tikilməsi ilə əksər küçə vəprospektlərin yükünün azaldılmasına kömək edirdisə, hal hazırdaşəhər mobilliyinin transformasiyası digər vəzifələrin yerinəyetirilməsini nəzərdə tutur. Bu sıraya şəxsi avtomobil və taksi iləgedişlərin azaldılması fonunda ictimai nəqliyyatın səmərəliliyininartırılması, mikromobilliyin inkişafı və piyada zonalarınıngenişləndirilməsi üçün şəraitin yaradılması, o cümlədən sağlamhəyat tərzinin təbliği və rahat şəhər mühitinin formalaşmasıdaxildir. Bu, dünyanın bir çox qabaqcıl şəhərinin keçdiyi yoldur.İxtisaslaşmış yerli və xarici qurumların mütəxəssislərinin iştirakıilə aparılan ətraflı təhlillər əsasında layihə və proqramlarişlənib hazırlanmışdır ki, onların reallaşdırılması qısamüddətliməsələlərin bir qisminin həllinə kömək edib. Digər istiqamətlərüzrə işlərin həyata keçirilməsi və uzunmüddətli perspektivəhesablanmış məsələlərin həlli isə davam edir.

- Ötən il nəqliyyat sektorunun bir sıraistiqaməti üzrə rekord göstəricilərə nail ola bilmişik ki, bu dagenişmiqyaslı işlərin məntiqi nəticəsi idi. Təkcə onu qeyd etməkkifayətdir ki, avtobuslardan istifadə edənlərin sayının artmasınəticəsində 2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb, bu da2023-cü illə müqayisədə 28 milyon nəfər çoxdur. Ümumilikdə, ötən ilpaytaxt və şəhərətrafı qəsəbələrdə sərnişin daşınması 9% artaraq518 milyon nəfər, “BakuBus” avtobusları üzrə isə həmin göstəricidəartım 20% və ya 148 milyon nəfər təşkil edib.

Bu, bir çox amil, o cümlədən ictimai nəqliyyat sistemininoptimallaşdırılması, paytaxt küçələrində xüsusi hərəkətzolaqlarının yaradılması, ardıcıl genişləndirilməsi vəəlaqələndirilməsi nəticəsində mümkün olub. Mütəxəssislərimizinapardığı monitorinqlər göstərir ki, bu zolaqlar üzrə avtobuslarınorta sürəti 18 km/saatdan 22 km/saatadək artıb, bəzi küçələrdəhərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Yəni, əksərmarşrutlarda intervalı xeyli qısaltmaq mümkün olub (buna görəəvvəllər bizə çoxlu şikayət daxil olurdu), sərnişinlərin sayı isəxeyli artıb. Bilirsiniz, bütün bu statistikanın arxasında çox mühümbir amil dayanır – sərnişinlərin ictimai nəqliyyata etibarınınartması. Tədricən anlayış formalaşır ki, yoldakı vəziyyətə nəzarətetmədən, parklanma yerlərini axtarmadan və şəxsi avtomobilsürücülərinin üzləşdiyi digər problemlərdən narahat olmadanavtobuslarla təyinat yerinə daha tez və rahat çatmaq olar. Sonzamanlar hətta avtomobil ilə səyahətin böyük həvəskarları daxüsusilə qısa və orta məsafələrə gediş üçün avtobusdan tez-tezistifadə etməyə başlayıblar. Biz sözdə deyil, əməldə vətəndaşməmnunluğuna nail ola bilmişik. Qanunvericiliyin təkmilləşdirilməsidə avtobus zolaqlarının səmərəliliyinin artırılmasında mühüm roloynayıb ki, bu da həmin zolaqlara daxil olan digər hərəkətiştirakçılarının sayını praktiki olaraq minimuma endirib.

- Hazırda yeni marşrut şəbəkəsinə uyğun olaraqpaytaxtın 40-a yaxın küçə və prospektini əhatə edən xüsusizolaqların ümumi uzunluğu 112 kilometrdir, onlar üzərində hərəkətedən avtobuslar hər gün 900 minə yaxın sərnişin daşıyır. Lakin bu,əlbəttə ki, son hədd deyil və mütəxəssislərimiz avtobus zolaqlarışəbəkəsinin genişləndirilməsi layihələri üzərindəki işi davametdirirlər.

- Avtobus parkının yenilənməsi prioritetvəzifələrdən biridir. Ekoloji cəhətdən təmiz texnologiyalarlaçalışan yeni avtobuslar sakit işləyir və sərnişinlər üçün sondərəcə rahatdır. Bu yaxınlarda xətlərə buraxılan 160 elektrikavtobusu şəhərin dəyişən simasına ahəngdar şəkildə uyğun gəlir.Hətta onların rəngi də ölkəmizin “yaşıl” gündəliyə sankisadiqliyini göstərən bir arqumentdir. Sevindirici haldır ki, özəldaşıyıcı şirkətlər də bu tendensiyaya dəstək olaraq ekolojicəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alıb vəmərhələli şəkildə istifadəyə verirlər. Bu il həmin şirkətlər əlavəolaraq 100-dən çox yeni avtobus gətirməyi planlaşdırır. Bundanəlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb vəindi onların ümumi parkı hazırda rekord həddə - 2160 ədədə çatıb.Yaxın gələcəkdə bu rəqəmi 2500 avtobusa çatdırmaq niyyətindəyik.Yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilirki, bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir.Yeri gəlmişkən, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasınınpayı 77,5% təşkil edib.

Yeni marşrutların yaradılmasına gəlincə, bu prosesmütəxəssislərimizin optimallaşdırma məqsədilə apardığı təhlillərəsasında davam etdirilir. Məqsəd marşrut şəbəkəsinin əhalininmümkün qədər çox hissəsini əhatə etməsidir. Ötən il 10-dan çox yenimarşrut xətti istifadəyə verilib. Onlardan ikisi metronun “20Yanvar” və “Avtovağzal” stansiyalarını Sumqayıtla birləşdirir ki,bu marşrutların avtobusları gündə 12 mindən çox sərnişin daşıyır,bir istiqamətdə hərəkət müddəti isə təxminən 30 dəqiqə təşkil edir.Saray qəsəbəsi sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraqbu yaşayış məntəqəsindən metronun “20 Yanvar” stansiyasına yenimüntəzəm marşrut xətti də açılıb. Hazırda Sumqayıt və Saraya gedəndörd marşrut üzrə avtobuslarla hər gün 25 mindən çox sərnişindaşınır. Bunlar tələbatı çox yüksək olan istiqamətlərdir.

Ötən il üç yeni nəqliyyat-mübadilə mərkəzinin istifadəyəverilməsi də mobilliyin yaxşılaşmasına xidmət edir. Bunlar,metronun "Gənclik" və "28 May" stansiyalarının qarşısında, eləcə də"Koroğlu" stansiyasının cənub çıxışındakı qovşaqlardır. Son ikiqovşaq isə multimodaldır - dəmir yolunu, metronu və avtobusdayanacaqlarını birləşdirir.

- Bütün bu köklü islahatlar taksi xidmətləriningöstərilməsi sahəsində qayda-qanun yaratmağa imkan vermiş qəti,effektiv tənzimləmə tədbirlərinin və nəzarət mexanizmlərininrəqəmsallaşdırılmasının nəticəsidir. Birincisi, yaşı 15 ildən artıqolan avtomobillərin taksi kimi istifadəsini qadağan edən sərtqanunvericilik tələbləri şəhəri sıxlıq yaradan və az qala hərəkətdəolarkən sökülüb-dağılan avtomobil texnikasından xilas etməyə imkanyaratdı. Onları yeni, ağ rəngli, daha çox hibrid və elektriklinəqliyyat vasitələri əvəzlədi. İcazə sənədləri verilən taksiavtomobillərinin 35%-i 2020-2024-cü illərdə istehsal olunannəqliyyat vasitələridir ki, bu da ekoloji vəziyyətə müsbət təsirgöstərir. İkincisi, agentliyimizin təşkil etdiyi təlimlərə 35 minəyaxın sürücü cəlb olunub. Onların bir qismi yalnız imtahandanuğurla keçərək, xüsusi icazə kartı və vəsiqə aldıqdan sonra işəbaşlayıb. Bu, xidmətin keyfiyyətini və sürücülük mədəniyyətiniəhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, qeyri-etik davranış hallarınıfaktiki olaraq aradan qaldırmağa kömək edib. Bundan başqa, şəhərinbəzi hissələrində xüsusi taksi dayanacaqları şəbəkəsiningenişləndirilməsi prosesi davam edir. Hazırda bu məqsədlə əneffektiv yerlərin müəyyən edilməsi üzərində iş aparılır.

- Məhz yüksək templə yaradılan infrastrukturşəhərimizdə mikromobilliyin populyarlığının belə sürətlə artmasınınhərəkətverici qüvvəsinə çevrilib. Bundan əlavə, bu sahədəqanunvericilik təkmilləşdirilib, kiçik ölçülü elektrikli nəqliyyatvasitəsi və onların operatorları kimi anlayışlar müəyyənləşdirilib,işıqforlarda velosiped bölmələri quraşdırılıb və digər tədbirlərhəyata keçirilib. Yəni, kompleks yanaşma tətbiq edilib. Axı bu,yalnız qısa məsafələrə səyahətlər üçün alternativ nəqliyyatvasitəsi deyil, həm də sağlam həyat tərzi və təmiz havademəkdir.

Mütəxəssislərimiz mikromobillik vasitələrinin istifadəsi üçünşəraitin yaxşılaşdırılması üzərində işi davam etdirirlər. Buprosesə yalnız velosiped yolları şəbəkəsinin genişləndirilməsi vəüfüqi nişanlanma işləri deyil, həm də yol nişanlarının vəişıqforlarda artıq qeyd etdiyim xüsusi bölmələrin quraşdırılmasıdaxildir. Bundan əlavə, paytaxtın müxtəlif hissələrindəvelosipedlər üçün parklanma yerləri yaradılır. Ötən ilin avqustundaicarə xidməti və mobil proqram istifadəyə verilib ki, bu da onlarınəlçatanlığını xeyli artırıb. Elektrikli skuterlər üçün parklanmayerlərinin yaradılması üzrə bu yaxınlarda başlanmış proses uğurladavam edir. Operatorlar tərəfindən icarəyə verilən vasitələrin sayı4760 ədəd təşkil edib ki, bunun da 3860-ı skuter, 700-ü velosipedvə 200-ü elektrikli velosipeddir. Həmçinin hər gün daha çox insanfərdi mikromobillik vasitələrindən istifadə edir. Statistikagöstərir ki, onların populyarlığı daim artır. Sentyabr-dekabraylarında mikromobillik operatorları 850 944 sifariş alıb və buvasitələrlə 2 244 302 kilometr yol gedilib. Bunlar böyükrəqəmlərdir. Təsəvvür edin ki, bu yaxınlarda belə böyük məsafəancaq avtomobillərlə qət edilirdi. Başqa sözlə, mikromobillikvasitələrindən istifadə şəhərin mərkəzində nəqliyyatın axınınamüsbət təsir göstərir.

Çox vacib bir məqama da toxunmaq istərdim. Şəhər nəqliyyatı daimhərəkətdə və inkişafda olan nəhəng canlı orqanizmdir, ona görə dəonun təkmilləşdirilmə və müasirləşdirilmə prosesi heç vaxtdayanmır. Sadəcə, yenilənmənin bir mərhələsi ilə digəri arasındayalnız bir qədər fasilə ola bilər. Bu səbəbdən mütəxəssislərimizindigər ixtisaslaşmış qurumlardan olan həmkarları ilə birgə apardığıiş, demək olar ki, daimi əsasda davam edir. Ola bilsin, sizinlənövbəti söhbətimiz zamanı biz artıq başqa rəqəmlər və yenistatistik göstəricilər haqqında danışacağıq.

Məqalədə:
Seçilən
61
1
az.trend.az

4Mənbələr