AZ

Gəncləri qocaldan içki və qidalar bəlli oldu

Yuvyaskul Universitetinin fin alimləri müəyyən ediblər ki, qeyri-sağlam qida və içkilər hətta gənclərdə də bioloji qocalmanı sürətləndirə bilər.

Publika.az xəbər verir ki, tədqiqat "Clinical Nutrition" (CliNut) elmi jurnalında dərc olunub.

Bioloji yaş orqanizmin vəziyyətini hüceyrə səviyyəsində əks etdirir və xronoloji yaşdan fərqlənə bilər. Bunu ölçmək üçün alimlər epigenetik saatlardan - bioloji yaşı təyin etmək üçün DNT metilasiyasını təhlil edən modellərdən istifadə edirlər.

Tədqiqatda 20-25 yaş arası 826 əkiz iştirak edib. İştirakçılar 55 qida məhsulunun istehlak tezliyini göstərdikləri anketləri doldurublar. Tədqiqatçılar fiziki fəaliyyət, siqaret və bədən çəkisi kimi digər həyat tərzi faktorlarını da nəzərə alıblar.

Seçilən
18
8
publika.az

9Mənbələr