AZ

Nyu-Yorkda it meri seçildi: andiçmə mərasimi keçirildi

Saymon adlı it Nyu-York şəhərinin fəxri it meri seçilib.

Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, "basset-haund" cinsinə məxsus it rəqiblərini üstələyərək Nyu-Yorkun fəxri it meri olub.

Saymonun andiçmə mərasimi yanvarın 26-da baş tutub. İt mərasimə qalstuk və qış paltosunda sahibi Sofi Verşbounun müşayiəti ilə gəlib.

Andiçmə zamanı vəkil Saymondan Nyu-York şəhərinin meri vəzifəsini "itsevərlik azadlığı ruhunda" icra edəcəyinə söz verib-vermədiyini soruşub. Vəkil daha sonra itin pəncəsini sıxıb və ona şlyapa taxıb.

İki il ərzində Saymon və sahibi sığınacaqlar və evsiz heyvanlar üçün pul toplamağa kömək edəcəklər.

Seçilən
11
1
modern.az

2Mənbələr