AZ

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Bu gündən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Teleqraf.com verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcəyini açıqlayıb.

Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.


Müəllif: Teleqraf.com
Seçilən
87
12
teleqraf.com

10Mənbələr