İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.
Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
Tarix: 2 Fevral 2025, 22:03