AZ

Məhkəmə müəllimi yandıraraq qətlə yetirən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə orta məktəb müəllimini yandıraraq qətlə yetirməkdə təqsirli bilinən Orxan Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə Orxan Novruzov 18 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirmədən qüvvədə saxlayıb. 
 

Qeyd: 2023-cü il mayın 27-də Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində yanıq xəsarəti izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.

 

Kamal Məmmədov

 

Tarix: 3 Fevral 2025, 08:42   
Seçilən
21
pravda.az

1Mənbələr