AZ

AKP ciddi səs itirdi, CHP ilə fərqi… -SORĞU

Yanvar ayı ərzində Türkiyədə 9 fərqli araşdırma şirkəti partiyaların reytinqi ilə bağlı sorğu keçirib.

 

Türkiyə mediası xəbər verir ki, nəticələr hakim AKP üçün o qədər də ürəkaçıcı olmayıb. Belə ki, ilk yerdə mövqeyini saxlasa da, səs itirib və ana müxalifət CHP ilə arasındakı fərq bir az da azalıb.

 

Nəticələri təqdim edirik:

 

1. AKP – 30,6% (1,6% səs itirib);

 

2. CHP – 29,8% (0,1% səs itirib);

 

3. DEM – 9,1% (0,1% artırıb);

 

4. MHP – 8,7% (0,1% səs itirib);

 

5. Zəfər Partiyası – 5,3% (0,6% artırıb);

 

6. İYİ Partiyası – 5% (0,3% səs itirib).

Seçilən
70
3
senzor.az

4Mənbələr