AZ

Vladimir Zelenski :”Ukrayna sülhə yaxındır”

Vladimir Zelenski hesab edir ki, Ukrayna Rusiya ilə 3 illik tammiqyaslı müharibə zamanı indi həmişəkindən daha çox sülhə yaxındır. Ukrayna prezidenti əlavə edib ki, indi sabitliyi bərpa etmək və bütün ukraynalılar üçün ədalətli sülhü təmin etmək üçün hər şey edilməlidir.

Busaat.az xəbər verir ki, bu barədə Vladimir Zelenskinin “Associated Press”ə verdiyi müsahibəyə istinadən “24 Kanal” məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu gün Ukrayna sülhə həmişəkindən daha yaxındır.

“Və bu gün biz ona bu üç illik müharibədə əvvəlkindən daha yaxınıq.” “Biz dövlətimizi, müstəqilliyimizi, ölkəmizi müdafiə etmişik”, – deyə Zelenski vurğulayıb.

Eyni zamanda prezident qeyd edib ki, Ukrayna bu qanlı müharibədə çox böyük itkilər verib. Zelenski qəhrəman Ukrayna xalqı ilə son dərəcə fəxr etdiyini bildirib.

Seçilən
14
busaat.az

1Mənbələr