Fevralın 3-nə keçən gecə Volqoqrad Ukrayna Silahlı Qüvvələrinin (AFU ) pilotsuz uçuş aparatları (PUA) tərəfindən irimiqyaslı hücuma məruz qalıb.
Bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"Volqoqradda Ukrayna pilotsuz təyyarələrinin hücumu zamanı ən azı 50 partlayış baş verib", - KİV yazıb.
Bildirilir ki, Krasnoarmeyski və Sovetski rayonlarında silsilə güclü partlayışlar olub. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemləri hücumu uğurla dəf edərək, ən azı yeddi-səkkiz pilotsuz təyyarəni vurub, onların əksəriyyəti yerli neft emalı zavodunun ərazisində məhv edilib. Məlumatına görə, neft emalı zavodu “Lukoyl”a məxsusdur.
Mənbə: unikal.az