Demokrat.az report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı ilə Mübarizə və Mülki Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, Santorini yaxınlığında seysmik aktivlik azalmaqda davam edir. "Bununla belə, son 48 saat ərzində Santorini və Amorqos arasındakı Anidros bölgəsində maqnitudası 4,5 olan 200-dən çox zəlzələ baş verib. Anidros ərazisindəki hazırkı seysmik aktivlik şimal-şərqdən cənub-qərbə doğru yönəlmiş sualtı qırılmalar nəticəsində yaranıb və vulkanik fəaliyyətlə bağlı deyil", - məlumatda deyilir.
Hakimiyyət fevralın 3-də məktəblərin bağlanması və qapalı yerlərdə izdihamın qarşısını almaq da daxil olmaqla qabaqlayıcı tədbirlər təklif edib. Seysmoloqlar həmçinin təhlükəli tikinti konstruksiyalarının sökülməsini, hovuzlardan suyun boşaldılmasını, şəhər və kənd yollarında, xüsusən sürüşməyə meyilli ərazilərdə hərəkət edərkən təhlükəsiz marşrutların seçilməsini, güclü seysmik təkanlar zamanı sahilyanı ərazilərin dərhal boşaldılmasını məsləhət görüblər.
9Mənbələr
-
ictimairey.azYunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub ( 15215603)
-
ekologiya.azYunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub ( 15213633)
-
gundem.azİki gündə 200 zəlzələ oldu ( 15211307)
-
olaylar.azİki gündə 200 zəlzələ oldu ( 15210739)
-
demokrat.azİki gündə 200 zəlzələ oldu ( 15209399)
-
milli.azİki gündə 200 zəlzələ oldu ( 15209071)
-
far.azYunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub ( 15207777)
-
sherg.azYunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub ( 15207769)
-
report.azYunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub ( 15207735)