AZ

Juninyo Braziliyada ilk titulunu qazandı

Braziliya superkuboku uğrunda oyun keçirilib.

“İki sahil” xəbər verir ki, Rio-De-Janeyroda fəxri mükafat uğrunda keçirilən görüşdə “Botafoqo” ilə “Flamenqo” üz-üzə gəlib. Oyun “Flamenqo”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qış “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo ehtiyat heyətdə yer alıb.

Oyunda qolları “Flamenqo”dan Bruno Henrike (12-pen., 20), Araijo (83), “Botofoqo”dan isə De Paula vurublar.

Juninyo 80-ci dəqiqədə matçda dubl edən Bruno Henrikenin əvəzinə meydana girib.

"Flamenqo"nun kuboku qazanması sayəsində Juninyo da Braziliyada ilk titula sahib olub.

Seçilən
0
1
ikisahil.az

3Mənbələr