Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 9:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.