AZ

“Bakı Sığorta”nın yığımları 3 milyondan çox azalıb

2024-cü ildə “Bakı Sığorta” ASC 1 milyon 538 min manat sığorta haqqı toplayıb.

Valyuta.az  xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 68,8% və ya 3 milyon 396 min manat azdır.

2023-cü ildə şirkət 4 milyon 934 min manat dəyərində sığorta haqqı toplayıb.

2024-cü ildə “Bakı Sığorta” ASC-nin ödənişlərinin dəyəri  1 milyon 730 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 42% və ya 1 milyon 256 min manat azdır.

2023-cü ildə şirkətin ödənişlərinin dəyəri  2 milyon 986 min manat olub.
    
2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.

Nara

Seçilən
16
1
valyuta.az

10Mənbələr